AZE | RUS | ENG |


Azərbaycanlı hərbi həkimlər Türkiyədə təlim keçiblər

Azərbaycanlı hərbi həkimlər Türkiyədə təlim keçiblər
Dost və müttəfiq ölkələr arasında imzalanan müqavilələr çərçivəsində Türkiyənin Sağlamlıq Elmləri Universitetinin hava və kosmik təbabət mərkəzi tərəfindən hərbiçilərə "Hava və kosmik tibb” mövzusunda təlimlər keçirilib.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu təlimlər çərçivəsində Əskişəhər Yunus Əmrə Dövlət Xəstəxanasında Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrində çalışan üç həkimi hava və kosmos həkimliyi üzrə yüksək səviyyəli fizioloji təhsil kursunda iştirak edib.

Kurs çərçivəsində hərbi həkimlərimiz "Hipoksiya və hiperventilyasiya”, "Barotravmalar”, "Səs-küy və titrəyiş”, "Hərəkət xəstəliyi”, "Aviasiyada insan amilləri (HFACS)”, "Aviasiya psixologiyası” və s. mövzularda akademik təlimlərlə yanaşı, tətbiqi fizioloji təlimlərə də qatılıblar.

Kursun sonunda kursantlar tərəfindən Azərbaycanla bağlı təqdimat nümayiş olunub.

Sonda kursun dinləyicilərinə sertifikatlar təqdim edilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001